Bu gün Azərbaycanın daha 5 sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.
1xeber.media xəbər verir ki, Nurəddin Novruzov (61 kiloqram), Turan Bayramov (74 kiloqram), Arseni Cioyev (86 kiloqram), Ali Tsokayev (92 kiloqram), Giorgi Meşvildişvili (125 kiloqram) qüvvəsini sınayacaq.
Bundan başqa, İslam Bazarqanov (57 kiloqram) qızıl medal üçün Musa Mehtixanovla (UWW) üz-üzə gələcək. Cəbrayıl Hacıyev (79 kiloqram ) isə bürünc medal uğrunda güləşəcək.
Qeyd edək ki, Avropa çempionatına aprelin 26-da yekun vurulacaq.