Вернуться назад Распечатать

ABŞ Sakit okeanda katerə zərbə endirdi - 2 ölü

ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı Sakit okeanında katerə zərbə endirib.

1xeber.media xəbər verir ki, bu barədə məlumat komandanlığın “X” hesabında paylaşılıb. 

Okeanın şərq hissəsində vurulan katerin terror təşkilatları tərəfindən istifadə olunduğu və narkotik daşıdığı ehtimal edilir.

Zərbə nəticəsində iki nəfər həlak olub.