Вернуться назад Распечатать

Zelenski Qəbələdən paylaşım etdi - Foto

Zelenski Prezident İlham Əliyevlə görüşünə dair paylaşım edib.

1xeber.media xəbər verir ki, o, danışıqları mühüm adlandırıb.

“Vacib danışıqlar. Qarşılıqlı hörmət və hər iki xalqımızı gücləndirən əməkdaşlıq”, - deyə Zelenski qeyd edib.

Digər paylaşımında Zelenski bildirib:

“Azərbaycana səfərə səma müdafiəsi üzrə Ukraynanın təcrübəsini bölüşən ekspert komandamızla görüşlə başladım. Ukrayna hər zaman həm bizi, həm də tərəfdaşlarımızı gücləndirən əməkdaşlığa açıqdır. Bizim digər xalqlara faydalı ola biləcək xüsusi təhlükəsizlik təcrübəmiz var. Artıq üç istiqamət üzrə işləyirik: Yaxın Şərq və Körfəz regionu, Avropa İttifaqı və konkret olaraq Azərbaycanla.

Təhlükəsizlik sahəsində əməkdaşlıqla yanaşı, bu gün enerji, iqtisadiyyat və humanitar istiqamətlər üzrə də əməkdaşlığın dərinləşdirilməsi üzərində çalışacağıq”.