Вернуться назад Распечатать

Tədbir zamanı atəş açıldı, Tramp təxliyə edildi - Anbaan video

ABŞ Prezidenti Donald Tramp təhlükəsizlik sahəsində insidentdən sonra Vaşinqtondakı otellərdən birində keçirilən Ağ Ev Müxbirləri Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib.

1xeber.media xəbər verir ki, bu barədə C-SPAN telekanalı məlumat yayıb.

Yayımlanan görüntülərə görə, zalda yüksək səslər eşidilib, bundan sonra çaxnaşma baş verib. ABŞ Məxfi Xidmətinin əməkdaşları Prezidenti, birinci xanım Melaniya Trampı, vitse-prezident Ceys Devid Vensi və Ağ Evin Mətbuat katibini zaldan çıxarıblar.

"Axios" portalının müxbiri Barak Ravid X sosial şəbəkəsində bildirib ki, tədbirdən qısa müddət əvvəl zalda silah səsləri eşidilib.

Daha sonra atışmanın tədbirin keçirildiyi otelin foyesində baş verdiyi bildirilib.

Keytlin Kollins CNNN-in efirində bildirib ki, silahlı şəxs zərərsizləşdirilib.