ABŞ prezidenrti Donald Trampın iştirak etdiyi şam yeməyində baş verən atışmadan sonra həbs olunan şəxs bazar ertəsi günü məhkəmə qarşısına çıxarılacaq.
1xeber.media xəbər verir ki, məlumatı Vaşinqton prokuroru Janine Pirro açıqlayıb:"Təqsirləndirilən şəxs bazar ertəsi günü federal rayon məhkəməsində məhkəmə qarşısına çıxacaq".
O əlavə edib ki, istintaqdan sonra "ona qarşı daha çox ittiham irəli sürüləcək".
Qeyd edək ki, atəş açan 31 yaşlı Kaliforniya sakini Koul Tomas Allendir. Onun ABŞ Gizli Xidmətinin bir zabitini vurmağa çalışdığı iddia edilir.