ABŞ Prezidenti Donald Trampın Ağ Ev Müxbirləri Assosiasiyası ilə keçirdiyi təntənəli şam yeməyi zamanı baş verən atışma dünya gündəmini sarsıdıb.
1xeber.media xəbər verir ki, hadisənin baş verdiyi "Washington Hilton" oteli Amerika tarixində qanlı bir keçmişə malikdir; məhz 45 il əvvəl ABŞ-ın digər bir prezidenti Ronald Reyqana qarşı sui-qəsd cəhdi də bu binanın qarşısında reallaşmışdı. 1981-ci ildə 25 yaşlı Con Hinkli tərəfindən açılan altı atəş nəticəsində Reyqan ağır yaralanmış, prezidentin ağciyəri zədələnmiş və o, ciddi qan itirməsi ilə xəstəxanaya yerləşdirilmişdi.
Tarixi paralellər çəkən ekspertlər Trampın tədbirindəki atışmanın məhz bu simvolik məkanda baş verməsinin təsadüf olub-olmadığını araşdırırlar. Reyqan o dövrdə 12 günlük müalicədən sonra möcüzəvi şəkildə sağalaraq vəzifəsinə qayıtsa da, eyni məkanda yenidən silah səslərinin eşidilməsi ABŞ-da dövlət rəsmilərinin təhlükəsizliyi məsələsini yenidən kəskin şəkildə gündəmə gətirib.