Вернуться назад Распечатать

Türkiyədə ard-arda iki zəlzələ baş verdi

Aprelin 26-da Türkiyə ard-arda iki dəfə zəlzələ olub.

1xeber.media xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, ilk hadisə yerli vaxtla saat 08:01-də (Bakı vaxtı ilə saat 09:01) Yedisu (Bingöl) bölgəsində 4,4 bal gücündə qeydə alınıb. Zəlzələnin dərinliyi 7 km olub.

40 dəqiqə sonra, yerli vaxtla 08:41-də (Bakı vaxtı ilə 09:41) Sındırgı (Balıkesir) bölgəsində isə dərinliyi 14,93 km olan 3,1 bal gücündə yeraltı təkanlar baş verib.