Вернуться назад Распечатать

Bakıdan aydın mesaj: məqsəd... - SENSASİON AÇIQLAMALAR

“Azərbaycan Rusiya–Ukrayna müharibəsinin danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Eyni zamanda Azərbaycan Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir. Bu, bizim baxışımızdır, prinsipimizdir. Biz bütün mübahisələrdə, müxtəlif qitələrdə məhz ərazi bütövlüyü prinsipindən çıxış edirik. Özümüz də ərazi bütövlüyümüzü təmin etmişik. Bu prinsipin digərlərinə də şamil olunmasının tərəfdarıyıq”.

1xeber.media xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Azərbaycanın Ukrayna ilə hərbi tərəfdaşlığı var və bu, müharibədən çox əvvəl imzalanan sazişlərə bağlıdır:

“Zelenskinin Azərbaycana budəfəki səfərinin əsas mahiyyətini hərbi-texniki əməkdaşlığın genişləndirilməsi təşkil edirdi. Əlbəttə, bu anlaşmalar sazişlərə müvafiq olaraq həyata keçirilir. Azərbaycan üçüncü ölkələrlə hərbi əməkdaşlıq edirsə, bu, hansısa başqa ölkəyə qarşı yönəlmir. Ukrayna bu müharibədə hərbi-texniki inkişafa xüsusi diqqət ayırdı. Dron və antidron sistemləri sahəsində ciddi işlər aparılır. Azərbaycanda da bu texnologiyalar inkişaf edir. Bu mənada Azərbaycanla Ukraynanın bu sahədə əməkdaşlığının inkişaf etməsində qeyri-adi heç nə yoxdur. İki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi də hər zaman diqqət mərkəzindədir. 

ZELENN.jpg (209 KB)Azərbaycanla Ukrayna arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi hər iki dövlət üçün faydalıdır. Hər iki ölkə son illərdə hərbi-sənaye komplekslərini inkişaf etdirib. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqda dronları olmayan Ukrayna üstündən 4 il keçdikdən sonra pilotsuz uçuş aparatlarının istehsalına görə dünya liderləri arasında yer alıb”.

286483.jpg (74 KB)

Politoloqun sözlərinə görə, Ukrayna bu istiqamətdə Yaxın Şərq və Körfəz ölkələri ilə də əməkdaşlıq imkanlarını müəyyənləşdirib:

“Ukrayna Rusiya ilə müharibədə dronlarla yanaşı dron tutucularının istehsalını da genişləndirib. Ukrayna dronlar və dron tutucuları vasitəsilə Rusiya ilə min kilometrlərlə uzanan cəbhə boyu inteqrasiya olunmuş müdafiə modeli formalaşdırıb. Rusiyanın işğalı genişləndirə bilməməsinin səbəblərindən biri budur. Bu model və istehsalı ucuz başa gələn dron tutucuları İran hücumlarına məruz qalan Körfəz ölkələrinin diqqətini cəlb etdiyindən Ukrayna prezidenti Volodimir Zelenskini ölkələrinə dəvət etdilər. Ukrayna dost və tərəfdaş dövlətlərə pilotsuz uçuş aparatlarının birgə istehsalını təklif edib. Ukraynanın birgə istehsalı təşkil etmək üçün bu sahəyə investisiyalara ehtiyacı var. Varlı Körfəz ölkələri bu sahəyə investisiyanı təmin edəcək, bunun qarşılığında isə Ukrayna ilə birgə istehsalın məhsullarından faydalanacaqlar.

Azərbaycan da bu formatda Ukrayna ilə əməkdaşlığı genişləndirməyə hazırdır. Ukrayna kimi Azərbaycan da dron istehsalında uğurlar qazanıb, Türkiyə ilə birgə istehsal mövcuddur. Eyni zamanda bu fəaliyyətin Ukrayna ilə davamı da mümkündür. Azərbaycan eyni prinsipə sadiq qalır və bu əməkdaşlıq heç bir üçüncü dövlətə qarşı yönəlməyib. Azərbaycan tam hüquqa malikdir ki, öz müdafiə imkanlarını genişləndirsin və seçdiyi ölkələrlə bu əməkdaşlığı daha yüksək səviyyəyə qaldırsın”.