İran parlamentinin Rəyasət Heyətinin üzvü Abbas Papizadə parlament sədri Məhəmməd Baqir Qalibafın bir neçə dəfə sui-qəsd cəhdinə məruz qaldığını açıqlayıb.
1xeber.media "Azad İran"a istinadən xəbər verir ki, millət vəkili bu barədə yerli mediaya verdiyi açıqlamasında bildirib.
Papizadənin sözlərinə görə, Qalibaf danışıqlar qrupunun rəhbəri kimi bir neçə dəfə birbaşa hədəf alınıb və onun olduğu məkanlara raket zərbələri endirilib.
“Qalibaf bir neçə dəfə birbaşa hədəfə alınıb və onun olduğu yerlər raketlərlə vurulub, amma sonda onu öldürə bilməyiblər”, – deyə deputat bildirib.
Papizadə əlavə edib ki, Qalibafa qarşı həyata keçirilən iki uğursuz sui-qəsd cəhdinin səbəbi onun danışıqlarda güzəştə getməyəcəyini bilən qüvvələrin onu aradan götürmək istəyi olub.
Deputatın iddiasına görə, Qalibafın aradan götürülməsi planı onun Laricani və digər yüksək vəzifəli şəxslərlə eyni aqibəti yaşaması məqsədi daşıyıb.