Вернуться назад Распечатать

1523-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1523-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

1xeber.media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 671 təyyarəsi, 284 helikopteri, 138 052 PUA-sı, 656 zenit-raket kompleksi, 29 051 tank və digər zirehli texnikası, 1 709 reaktiv yaylım atəş sistemi, 34 618 artilleriya və minaatanı, 60 208 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.