Вернуться назад Распечатать

Cəlilabadda imtahandan qayıdan şagirdlər qəzaya düşdü, yaralılar var

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

1xeber.media  xəbər verir ki, qəza rayonun Zopun kəndi ərazisində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində bir neçə nəfər yaralanıb.

Yaralılar rayon xəstəxanasına çatdırılıb və hazırda onlara tibbi yardım göstərilir.

Məlumata görə, avtomobillərdən birində bu gün keçirilən 9-cu siniflərin buraxılış imtahanından qayıdan şagirdlər olub. Faktla bağlı araşdırma aparılır./Report