İsraildə 2026-cı il parlament seçkiləri öncəsi müxalif düşərgədə yeni siyasi ittifaq ehtimalı gündəmə gəlib.
1xeber.media xarici mediaya istinadən xəbər verir ki, keçmiş baş nazir Naftali Bennett və müxalifət lideri Yair Lapid seçkilərə vahid siyahı ilə qatılmaq imkanını nəzərdən keçirirlər.
Məlumata görə, Bennettin rəhbərlik edə biləcəyi birləşmiş blok özünü hakim Likud partiyasına qarşı mərkəzçi alternativ kimi təqdim etməyi planlaşdırır. Hazırda “Likud”a Benyamin Netanyahu rəhbərlik edir.
Siyasi müşahidəçilər hesab edirlər ki, Bennett-Lapid ittifaqı baş tutarsa, bu, Netanyahuya qarşı son illərin ən ciddi seçki çağırışlarından biri ola bilər. Çünki sağ mərkəz və liberal elektoratın bir hissəsini eyni platformada toplamaq imkanı yaranacaq.
İsrail siyasətində son illər tez-tez növbədənkənar seçkilər və koalisiya böhranları yaşandığından, 2026 seçkiləri də ölkənin gələcək siyasi kursu baxımından həlledici mərhələ kimi qiymətləndirilir.
musavat.com