Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu artıq toylarda bəy və gəlinin “Vağzalı” istəmədiyini deyib.
1xeber.media axşam.az-a istinadən xəbər verir ki, musiqiçi muğam ifaçılarının da buna şərait yaratdığını bildirib:
“Artıq neçə toydur “Vağzalı” ifa etmirik. Müəyyən mahnılar seçilir. Muğam ifaçılarının ifasında xarici, mənşəyi bilinməyən mahnılar – bəy və gəlin bununla içəri daxil olur. Amma “Vağzalı”nı unutmaq olmaz. Bir vaxtlar muğam da belə idi. Birinci xanım Mehriban Əliyeva muğamı yenidən ayağa qaldırdı və dünyaya tanıtdı.
Bu gün muğam ifaçıları “Vağzalı”nı unutdurmağa şərait yaradırlar. Gözəl oxuyurlar, ifalar qəşəngdir. Amma “Vağzalı”nın yeri başqadır. Çox xahiş edirəm, heç olmasa toyda əvvəldə 15 dəqiqə "Vağzalı" çalınsın”.