Вернуться назад Распечатать

"Rusiya SSRİ-ni bərpa etmək niyyətindədir" - Admiral

Rusiya Sovet İttifaqının dağılmasından əvvəl sahib olduğu əraziləri geri qaytarmağa çalışır.

1xeber.media xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin rəhbəri admiral Cüzeppe Kavo Draqone deyib. 

Onun fikrincə, "Rusiya əvvəllər sahib olduğu şeyləri geri qaytarmağa çalışır".  Admiral "SSRİ-nin dağılmasından əvvəlki" dövrü nəzərdə tutduğunu bildirib. 

"Amma biz özünümüdafiə, çəkindirmə və 360 dərəcə qorunmaya diqqət yetiririk. Biz Arktikada, Şərqdə mövcuduq və Cənubdakı vəziyyəti yaxından izləyirik", - deyə Draqone bildirib.