Вернуться назад Распечатать

ABŞ və Yaponiya birgə pilotsuz uçuş aparatları istehsal edəcək

ABŞ və Yaponiya hökumətləri ikili təyinatlı məhsulların hazırlanması və istehsalı üçün bir il ərzində dövlət-özəl tərəfdaşlıq mexanizmini işə salmağı planlaşdırır.

1xeber.media xəbər verir ki, bu barədə “Kyodo” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, ilk böyük layihə pilotsuz uçuş aparatlarının istehsalı olacaq.

Gözlənilir ki, Yaponiya sənaye şirkətləri ABŞ texnologiyalarından istifadə edərək istehsal həyata keçirəcək. “Kyodo”nun qeydinə görə, Yaponiya hökuməti bu yaxınlarda silah ixracına qoyulan məhdudiyyətləri yumşaldarkən əsasən ABŞ ilə əməkdaşlığı nəzərdə tutub və silahlı münaqişələrdə iştirak edən ölkələrə müəyyən güzəştlər edib.

Agentlik bildirir ki, ABŞ süni intellekt və proqram təminatı sahəsində qabaqcıl imkanlara malik olsa da, sənaye istehsalı potensialının bir hissəsini itirib. Bu səbəbdən Vaşinqton, o cümlədən “Mitsubishi Heavy Industries” kimi Yapon şirkətlərində ikili təyinatlı məhsulların istehsalına böyük maraq göstərir.

Məlumata görə, əməkdaşlıq mexanizminə Pentaqon, ABŞ-nin Tokiodakı səfirliyi, eləcə də Yaponiyanın müdafiə və iqtisadi qurumları cəlb olunacaq.