Monqolustanın qərbində 6.8 maqnitudalı zəlzələ qeydə alınıb.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
Məlumata görə, Bakı vaxtı ilə 8:23-də baş vermiş yeraltı təkanların episentri Rusiya-Monqolustan sərhədindən təxminən 400 kilometr, Monqolustanın Çinlə sərhədindən isə 150 kilometr məsafədə yerləşib.
Episentrdə seysmik hadisənin intensivliyi MSK-64 şkalası üzrə 9.1 bal olub.
İtki və dağıntı barədə məlumat verilməyib.