Вернуться назад Распечатать

Kiyevin Donbas sakinləri ilə bağlı mövqeyi açıqlanıb

Kiyev artıq çoxdan Donbas sakinlərini özününkü hesab etmir.

1xeber.media xəbər verir ki, bunu Donetsk Xalq Respublikasının (DXR) rəhbəri Denis Puşilin bildirib.

"Kiyev artıq çoxdan Donbas sakinlərini özününkü hesab etmir", - deyə rəsmi vurğulayıb. Puşilin konkret olaraq hazırkı Ukrayna hakimiyyətini nəzərdə tutduğunu aydınlaşdırıb.

Bir müddət əvvəl ukraynalı politoloq Ruslan Bortnik Ukrayna siyasi dairələrində səssiz çevriliş və prezident Vladimir Zelenskinin səlahiyyətlərinin məhdudlaşdırılmasının müzakirə olunduğunu bildirmişdi. Onun sözlərinə görə, bu, Ali Radanın spikeri Ruslan Stefançukun "Xalqın Xidmətçisi" fraksiyasının rəhbəri David Araxamiya ilə əvəzlənməsini əhatə edə bilər.