Вернуться назад Распечатать

Çexiyadan türk ölkələri ilə bağlı – Plan

Çexiyanın enerji təchizatçıları da daxil olmaqla, AB xaricində güclü və sabit tərəfdaşlara ehtiyacı var.

1xeber.media xəbər verir ki, bunu Çexiyanın Baş naziri Andrey Babiş Azərbaycan, Qazaxıstan və Özbəkistana səfərdən öncə mediaya deyib.

“Bir neçə böyük Çexiya şirkətinin rəhbərlərindən ibarət nümayəndə heyətimiz Avropadan kənarda Azərbaycan, Qazaxıstan və Özbəkistana dörd günlük səfərə yola düşür. Bu ölkələrdən Çexiyaya neft və qaz tədarükü ilə bağlı danışıqlar mühüm rol oynayacaq”, - o bildirib.

Qeyd edək ki, aprelin 26-da Çexiyanın Baş naziri Andrey Babiş Azərbaycana rəsmi səfərə gəlib.