Вернуться назад Распечатать

Bu gün Azərbaycan Premyer Liqasında XXIX tura yekun vurulacaq

Bu gün Azərbaycan Premyer Liqasında XXIX tura yekun vurulacaq.

1xeber.media xəbər verir ki, "Turan Tovuz" "Zirə"ni qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşma 18:00-da başlayacaq. Bölgə klubu 55 xalla üçüncü, "qartallar" isə 45 xalla dördüncüdür.

Tura "Sabah" - "Karvan-Yevlax" görüşü ilə yekun vurulacaq.

"Bank Respublika Arena"da baş tutacaq matç saat 20:00-da start götürəcək.

Meydan sahibləri 69 xalla lideridir. Yevlax təmsilçisi isə 14 xalla sonuncu - 12-ci sıradadır.

Turun daha əvvəl reallaşan matçlarında "Sumqayıt" "İmişli"ni (2:0), "Şamaxı" "Kəpəz"i (2:0), "Qarabağ" "Neftçi"ni (5:1) üstələyib. "Qəbələ" - "Araz-Naxçıvan" oyunu heç-heçə başa çatıb - 1:1.