Вернуться назад Распечатать

Filippinin əsas hava limanında köhnə bombalar tapılıb

Filippinin əsas hava limanının ərazisində köhnə partlayıcı qurğular aşkar edilib.

1xeber.media yerli mediaya istinadla xəbər verir ki, hadisə Ninoy Beynəlxalq Hava Limanı kompleksində qeydə alınıb. Bildirilib ki, tikinti işçiləri qazıntı işləri apararkən bir neçə köhnə, korroziyaya uğramış bomba aşkar ediblər.

Məlumata görə, tapıntı ilə bağlı dərhal polisə və hava limanı rəhbərliyinə məlumat verilib. Hazırda ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib və müvafiq qurumlar tərəfindən araşdırma aparılır.