Вернуться назад Распечатать

CNN: Ağ Evdə son atışma ilə əlaqədar təhlükəsizlik tədbirləri yenidən nəzərdən keçirilir

Ağ Ev və ABŞ Məxfi Xidməti son atışma səbəbindən yüksəkvəzifəli şəxslərin iştirak etdiyi tədbirlərdə təhlükəsizlik qaydalarını müzakirə ediblər.

1xeber.media xəbər verir ki, CNN telekanalı bu barədə mənbələrinə istinadla məlumat yayıb. Müzakirə ABŞ Prezidenti və Vitse-prezidentin atışma günü eyni otaqda olduqları nəzərə alınmaqla, belə tədbirlərdə nə qədər yüksəkvəzifəli şəxsin iştirak edə biləcəyi məsələsinə yönəlib. Mənbələrdən birinin sözlərinə görə, ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens Ağ Evdəki qəbulda iştirak etməyəcəkdi, lakin tədbirdən qısa müddət öncə planlar dəyişib.

Xatırladaq ki, aprelin 25-də ABŞ Prezidenti Donald Trampın da iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyası ilə görüşdə atışma baş verib. Nəticədə Məxfi Xidmət zabiti yaralanıb. Atəş açan şəxsin həbs olunduğu bildirilir. Onun üzərində bir neçə odlu silah olub. 31 yaşlı kaliforniyalı müəllim Kol Tomas Allen Ağ Ev rəsmilərinə qarşı sui-qəsd planlaşdırdığını etiraf edib.