Вернуться назад Распечатать

Bakıya xaricdən 200 jurnalist gəlir - Böyük maraq

17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda (World Urban Forum) iştirak üçün ümumilikdə 800 media nümayəndəsi qeydiyyatdan keçib.

1xeber.media xəbər verir ki, bunu WUF13 Azərbaycan Əməliyyat Şirkətinin məzmun və media əlaqələri üzrə baş meneceri Eldar Rəsulov deyib.

“Onların 70 faizdən çoxunu yerli media təmsilçiləri təşkil edir. Təxminən 200-ə yaxın iştirakçı isə xarici media nümayəndəsidir”, - o qeyd edib.