Yeni baş məşqçi Rui Jorjenin prinsipləri ilə tanış olduq. Bu, bizim üçün yeni hekayə oldu.
1xeber.media AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Ziya Şəkərxanov deyib.
Hazırda “Qəbələ”nin şərəfini qoruyan forvard toplanışını dəyərləndirib.
“Hazırlıq yaxşı keçdi. Düzdür, çatışmazlıqlar var. Lakin məşqçilərin dediyi tapşırıqları yerinə yetirməyə çalışırdıq. Keyfiyyət baxımından əskiklərimiz görünür. Dünya çempionatına çox vaxt var. Digər ölkələrlə müqayisədə geri qalırıq. Amma yaxşı məşqlər keçib, uğurlu nəticələr qazana bilərik. Hazırda düşmə zonasındayıq, maksimum dərəcədə xal toplamaq istəyirik. Bu klub mənə əsas komandada oynamaq şansı yaratdı. Hər zaman “Qəbələ”yə minnətdar olacağam”, - futbolçu qeyd edib.