Minifutbol üzrə Azərbaycan millisi Bakıda təşkil olunan bir həftəlik təlim-məşq toplanışını uğurla başa vurub.
1xeber.media xəbər verir ki, komanda Avropa çempionatına hazırlıq planı çərçivəsində Monteneqronun Herçeq Novi şəhərinə yollanıb.
Yığma burada keçiriləcək mini-turnirdə iştirak edərək hazırlıq mərhələsini yekunlaşdıracaq.
Qeyd edək ki, minifutbol üzrə Avropa çempionatı 27 may – 4 iyun tarixlərində Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.