Вернуться назад Распечатать

Hizbullah lideri İsrailə çağırış etdi

1xeber.media xəbər verir ki, Livan Hizbullah hərəkatının baş katibi Şeyx Naim Qasim Beyrutu İsrail ilə birbaşa danışıqlara son qoymağa çağırıb.

Qasım vurğulayıb ki, "Hökumətin vəzifəsi İsrail düşməni ilə birbaşa danışıqları dayandırmaq və dolayı danışıqlara keçməkdir".

Bir müddət əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Qüvvələrinə (İMQ) Livandakı Hizbullah hədəflərinə qarşı böyük zərbələr endirməyi əmr etmişdi.

8 apreldə İMQ Livan boyunca ən böyük zərbələr seriyasına başladı. İsrail ordusu verdiyi açıqlamada hücumun dəqiq kəşfiyyat məlumatlarına əsaslandığını və bir neçə həftə ərzində diqqətlə planlaşdırıldığını qeyd edib.