20-26 aprel tarixləri arasında Rusiya Silahlı Qüvvələri Ukraynaya bir neçə min zərbə endirib.
1xeber.media xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bunu Telegram-da açıqlayıb.
Ukrayna lideri yazıb: "Son bir həftə ərzində Rusiya Ukraynaya təxminən 1900 hücum dron, təxminən 1400 idarə olunan hava bombası və təxminən 60 müxtəlif növ raket atıb".
Zelenski əlavə edib ki, Ukraynanın daha çox hava hücumundan müdafiə təchizatına ehtiyacı var.
Daha əvvəl Odessa bölgəsindəki liman infrastrukturuna ziyan dəydiyi bildirilib. Zərbə 27 aprel gecəsi baş verib.