Вернуться назад Распечатать

Vəkilə "İçərişəhər"də yeni vəzifə verildi

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin hüquq şöbəsinə yeni müdir təyin olunub. 

1xeber.media Qaynarinfo-ya istinadla xəbər verir ki, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmudun müvafiq əmri ilə Çingiz Məmmədzadə sözügedən şöbənin müdiri təyin edilib. 
Qeyd edək ki, Çingiz Məmmədzadə Bakı şəhəri 12 saylı Vəkil Bürosunun üzvüdür. O, 2024-2026-cı ilin aprel ayına kimi Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi şəxsin Hüquq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.