Вернуться назад Распечатать

Əsgərlərə əlavə məzuniyyət verilə bilər — AÇIQLAMA

Orduda xidmət edən gənclərin evlərinə nə vaxt və hansı şərtlərlə buraxılması hər zaman ən çox maraq doğuran mövzulardan biridir. Bu qaydalar təkcə əsgərlər üçün deyil, yol gözləyən valideynlər üçün də həyati önəm daşıyır.

Məsələ ilə bağlı hərbi ekspert Rövşən Məhərrəmov Demokrat.az-a bildirib ki, hərbi xidmətə çağırıldıqdan sonra bütün hərbi qulluqçulara nizamnamələrə əsasən ildə bir dəfə növbəti məzuniyyət verilir:

"Bu məzuniyyət maksimum 10 gün müddətinə nəzərdə tutulur. Həmçinin xidmətdə nailiyyət göstərən və nizam intizamı yüksək olan hərbi qulluqçulara həvəsləndirmə məqsədilə əlavə olaraq 10 günə qədər məzuniyyət verilə bilər.

Bundan əlavə, ailə vəziyyəti ilə bağlı da müddətli hərbi qulluqçulara məzuniyyət verilə bilər. Yaxın qohumlar ata, ana, bacı, qardaş, evli olduqda isə həyat yoldaşı və onun valideynləri hesab olunur. Onların ağır xəstəliyi və ya hər hansı ciddi hadisə baş verdikdə, yaşadığı ərazi üzrə səfərbərlik xidməti orqanının təsdiqlədiyi teleqram əsasında hərbi hissə komandiri tərəfindən 10 günə qədər əlavə məzuniyyət verilə bilər".