Вернуться назад Распечатать

Sabiq aparat rəhbərinə yüksək vəzifə verildi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sabiq aparat rəhbəri Elxan Mikayılova yeni vəzifə verilib.

1xeber.media xəbər verir ki, bu barədə E.Mikayılov özü məlumat yayıb.

O bildirib ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovun əmri ilə "UNEC Ümumdünya Ticarət Təşkilatı (ÜTT) Beynəlxalq Tədqiqat Mərkəzi"nə rəhbər təyin edilib.

Xatırladaq ki, E.Mikayılov bir müddət əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin aparat rəhbəri vəzifəsindən azad edilib

Metbuat.az