Вернуться назад Распечатать

Yeni qayda: Bu siyahıya düşmək üçün 550 manat ödəniləcək

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna təklif edilən yeni dəyişiklik müzakirə edilib. Qanun layihəsinə əsasən, ölkədə maliyyə icarəsi (lizinq) fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün xüsusi dövlət rüsumu müəyyən olunur.

1xeber.media xəbər verir ki, yeni tənzimləməyə görə, maliyyə icarəsi verənlərin reyestrinə daxil edilmək üçün müraciət edən subyektlər 550 manat məbləğində dövlət rüsumu ödəməli olacaqlar. Bu addım sözügedən sahədə fəaliyyətin rəsmiləşdirilməsi və nəzarət mexanizminin təkmilləşdirilməsi məqsədini daşıyır. Parlamentarilər tərəfindən geniş müzakirə olunan sənəd səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.