Вернуться назад Распечатать

Təyyarədə körpə doğuldu - Göbəyini ayaqqabı ipi ilə bağladılar

“Delta Air Lines” şirkətinə məxsus Atlantadan Portlendə uçan sərnişin təyyarəsində enişə az qalmış gözlənilməz hadisə yaşanıb.

1xeber.media xəbər verir ki, bir sərnişin göyərtədə qız uşağı dünyaya gətirib.

“Boeing 737” tipli təyyarədə baş verən doğuş zamanı iki təcili tibbi yardım işçisi dərhal müdaxilə edib. Tibbi avadanlıq olmadığı üçün vəziyyət improvizə üsullarla idarə olunub, hətta göbək bağının bağlanmasında ayaqqabı bağından istifadə edilib.

Doğuş təyyarənin enişindən cəmi bir neçə dəqiqə əvvəl tamamlanıb. Körpə sağlam vəziyyətdə dünyaya gəlib və ananın vəziyyəti stabil olub.

Təyyarə Portlendə enərkən göyərtədəki sərnişinlərin sayı 153 deyil, 154 olaraq qeydə alınıb. Körpəyə Brielle Renee adı verilib.

Ana və körpə enişdən sonra təcili xidmətlər tərəfindən xəstəxanaya aparılıb. “Delta Air Lines” isə heyətə və könüllü tibb işçilərinə təşəkkür edib.