Вернуться назад Распечатать

Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...

Ukraynada münaqişə bitdikdən sonra zorakılıq halları kəskin artacaq.

1xeber.media xəbər verir ki, bu barədə hazırda dövlətə xəyanət ittihamı ilə müvəqqəti saxlanma məntəqəsində olan Ali Radanın deputatı Aleksandr Dubinski deyib.

Bu səbəbdən o, uşaqlara qarşı zorakılıq, adam oğurluğu, işgəncə, sifarişli qətllər və irimiqyaslı korrupsiyaya görə ölüm hökmünün tətbiqini təklif edib.

Dubinski həmçinin vurğulayıb ki, cinayət törədildikdə veteran statusu yüngülləşdirici hal deyil, ağırlaşdırıcı hal kimi qəbul olunmalıdır.