Вернуться назад Распечатать

Finlandiyaya xəbərdarlıq: Bu, "nüvə qışı"na səbəb olacaq!

Finlandiyanın nüvə silahlarının idxalı və yerləşdirilməsinə qoyulan qadağanı ləğv etmək planları bütün Avropada "nüvə qışı"nın başlamasını sürətləndirə bilər.

1xeber.media xəbər verir ki, bunu Nüvə Silahlarının Ləğvi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) koordinatoru Florian Eblenkamp deyib.

Onun sözlərinə görə, Helsinkinin belə bir addımı Avropanı daha təhlükəsiz etməyəcək:

"Hətta məhdud nüvə mübadiləsi belə Finlandiyanı, Rusiyanı və bütün regionu məhv edəcək “nüvə qışı”na səbəb olardı. Biz ölkələrində nüvə silahlarının yerləşdirilməsinə qarşı olan Finlandiya xalqı ilə həmrəyik".