Ukrayna Rusiyanın Krasnodar diyarının Tuapse şəhərindəki neft emalı zavodu və dəniz terminalına yenidən zərbələr endirib.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, dron zərbələri nəticəsində Tuapsedəki neft emalı zavodunda yanğınlar baş verib.
Şəhər sakinləri iki saat ərzində onlarla partlayışın baş verdiyini deyiblər.
Qeyd edək ki, Ukrayna ötən həftə də Tuapsedə yerləşən enerji infrastrukturuna hücumlar həyata keçirmişdi.