FİFA futbolçuların pley-off oyunlarını buraxma ehtimalını azaltmaq üçün DÇ-2026-nın qrup mərhələsindən sonra bütün sarı vərəqələrin ləğv edilməsini nəzərdən keçirir.
1xeber.media xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, bu, 32 komandanın əvəzinə 48 komandanın iştirak etdiyi genişləndirilmiş Dünya Kuboku olduğundan FIFA daha çox cəzanın qarşısını almaq üçün qaydaları dəyişdirməyi planlaşdırır.