Вернуться назад Распечатать

Tokio ölkədəki ABŞ hərbi bazalarına xərcləri artırmağa hazırdır

Yaponiya hökuməti ölkədəki ABŞ hərbi bazalarını gücləndirmək və xaricdən hücum ediləcəyi təqdirdə dəyən ziyanı minimuma endirmək üçün əlavə xərcləri ödəməyə hazırdır.

1xeber.media xəbər verir ki, “Kyodo” informasiya agentliyinin məlumatına görə, bu məsələ barədə danışıqlar yay aylarında Yaponiya Xarici İşlər və Müdafiə nazirliklərinin, Pentaqon və ABŞ Dövlət Departamentinin iştirakı ilə başlayacaq. Müzakirələrdə 2027-ci ildən başlayaraq Tokionun beş il ərzində ABŞ hərbi bazalarının saxlanmasına çəkəcəyi xərclər müzakirə olunacaq.

“Kyodo” qeyd edir ki, maliyyələşdirmənin artırılması, həmçinin ikitərəfli hərbi ittifaqın bir hissəsi olaraq Tokionun Vaşinqtonun maliyyə yükünü azaltmaq səylərini nümayiş etdirmək məqsədi daşıyır.

Yaponiya hökuməti ABŞ hərbi bazaları üçün torpaq və digər obyektlərin icarə və kommunal xərclərini, yerli işçilərinin maaşlarını, bəzi hərbi təlimlərə çəkilən xərcləri ödəyir. 2022-ci ildən 2026-cı ilədək bu xərclərin miqdarı 6,6 milyard dolları (1 trilyon 55 milyard yen) ötüb.