Вернуться назад Распечатать

Nazir: IE Liderlik və İnnovasiya Mərkəzinin yaradılması peşəkarlara öz əlaqələrini təkmilləşdirməyə imkan verəcək

IE Liderlik və İnnovasiya Mərkəzinin yaradılması azərbaycanlı peşəkarlara əlaqələrini təkmilləşdirməyə imkan verəcək.

1xeber.media xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev "Azərbaycanda "IE Liderlik və İnnovasiya" Mərkəzinin yaradılmasına dair anlaşma memorandumunun imzalanması mərasimində çıxışı zamanı deyib.

“Bu təşəbbüs hökumət, özəl sektor və biznes sənayesi əməkdaşlığının çox vacib nümunəsidir. İnanıram ki, bu təşəbbüs yenə də azərbaycanlı peşəkarlara öz əlaqələrini təkmilləşdirməyə, böyük və qlobal bir məsələnin parçası olmağa kömək edəcək”, - deyə nazir bildirib.