Вернуться назад Распечатать

“Sumqayıt” mövsümdə 5-ci dəfə penaltidən yararlana bilməyib

“Sumqayıt” Misli Premyer Liqasının 2025/2026-cı illər mövsümündə 5-ci dəfə penaltidən yararlanmayıb.

1xeber.media xəbər verir ki, XXIX turun “İmişli” ilə səfər görüşündə (2:0) Nikola Ninkoviç 11 metrlik cərimə zərbəsindən istifadə edə bilməyib. “Gənclik şəhəri” təmsilçisi mövsümdəki 8 belə imkanın yalnız 3-nü qola çevirib.

Bir komandanın mövsümdə 5 penaltidən yararlanmaması turnirdə XXI əsrin antirekordudur. 2001-2026-cı illərdə üç dəfə bir komanda mövsüm ərzində 4 imkanı qaçırıb. “Şəfa” 2001/2002-ci illər mövsümündə 5, “Qarabağ” 2020/2021, “Sabah” isə 2022/2023-cü illər mövsümündə eyni sayda – 9 imkandan dördündən istifadə edə bilməyib. “İmişli” ilə görüşədək bu antirekordun şəriki olan “Sumqayıt” artıq həmin üç komandanı da “geridə qoyub”.

Qeyd edək ki, ümumilikdə cari mövsümdə təyin olunan 60 penaltidən 48-i qolla nəticələnib. Bu zərbələrdən istifadə faizi 80-ə bərabərdir.