Вернуться назад Распечатать

Rusiya bu erməni məhsulunun satışını qadağan etdi

Rusiya Ermənistanın “Cermuk” mineral suyunun oflayn və onlayn pərakəndə satışını dayandırıb.

1xeber.media xəbər verir ki, bunu Rusiya Qabaqcıl Texnologiyaların İnkişafı Mərkəzinin baş direktorunun müavini Revaz Yusupov deyib.

O bildirib ki, buna səbəb “Rospotrebnadzor”un vətəndaşların sağlamlığına mümkün zərərin qarşısını almaq üçün tədbirlər görülməsini tələb edən müraciəti olub:

“Səbəb məcburi tələblərin pozulması idi. Məhdudiyyətlər istehsal tarixləri 17 fevral və 5 mart 2026-cı il olan məhsullara təsir edib”.