Ermənistan delimitasiyadan sonra Ermənistan-Azərbaycan sərhədində üçüncü ölkələrin qüvvələrini yerləşdirməməyə razıdır.
1xeber.media xəbər verir ki, bu barədə dekabrın 19-da Ermənistanın baş naziri Nikol Paşinyan məlumat verib.
O, “Armenpress” agentliyinə müsahibəsində bildirib ki, Ermənistan tərəfi Azərbaycanla sülh müqaviləsi üzrə danışıqlarda iştirak edir.O qeyd edib ki, bir aydan çoxdur ki, razılaşdırılmamış iki maddə ilə bağlı ikinci ölkəyə təkliflər göndərilib və bu günə kimi heç bir cavab verilməyib.“Bu ərazilərdə delimitasiya ilə əlaqədar eskalasiya riski xeyli azalıb.
Sərhədin tam delimitasiyası başa çatdıqdan sonra Ermənistan-Azərbaycan sərhədinin heç bir hissəsində üçüncü qüvvələrin olmasına ehtiyac qalmayacaq və Ermənistan Respublikası belə məntiq təklif edir”, - Paşinyan əlavə edib.Bundan əlavə, o, Ermənistanın sülh müqaviləsi imzalandıqdan sonra Azərbaycana qarşı iddialarını geri götürməyə hazır olduğunu göstərib.
Bununla belə, o qeyd edib ki, bu mövzuda iki nüans var. Mövqelərdən biri, Ermənistanın baş nazirinin aydınlaşdırdığı kimi, müəyyən humanitar məsələlərin beynəlxalq forumlarda ikitərəfli formatda həllinin aydın perspektivini nəzərdə tutur.Paşinyanın fikrincə, ikinci məqam ondan ibarətdir ki, ikitərəfli münasibətlərin gündəmini gərginləşdirməmək üçün beynəlxalq platformalarda həll olunan məsələlər gələcəkdə təkrarlanmamalıdır.