“Moldovanın Rumıniyanın tərkibinə qatılması Kişineunun Avropa İttifaqına (Aİ) daha tez daxil olmasına imkan verəcək”.
1xeber.media xəbər verir ki, bu fikri Moldova Prezidenti Maya Sandu “Le Monde” qəzetinə müsahibəsində səsləndirib.
“Bu, bizə Aİ-yə daha tez qoşulmağa imkan verər və kömək edə bilər”, - həm də Rumıniya vətəndaşlığına malik olan Sandu deyib.
Aİ-yə üzvlüyün alternativ yolları haqqında danışarkən Sandu ölkəsinin tanınmamış “Dnestryanı Respublikası” olmadan birliyə qoşulmasını mümkün hesab etdiyini bildirib:
“Bu, mümkün həll yoludur”.