Kişi voleybolçulardan ibarət "Neftçi" komandası baş məşqçisi Viktor Boldaryev ilə müqavilənin müddətini uzatmaq niyyətindədir.
1xeber.media-nın əldə etdiyi məlumata görə, ukraynalı mütəxəssisin daha bir il Bakı təmsilçisində qalmaq ehtimalı yüksəkdir.
Hazırda tərəflər arasında yekun danışıqlar gedir.
"Neftçi" komandası Azərbaycan Yüksək Liqasında üçüncü yeri tutub.