Вернуться назад Распечатать

“Politico”: İran münaqişəsi NATO-nun Rusiya ilə döyüşməyə hazır olmadığını göstərdi

NATO-nun iştirakı olmadan ABŞ-nin İranda həyata keçirdiyi əməliyyatlar alyansın zəif cəhətlərini üzə çıxardı və Rusiya ilə hipotetik hərbi qarşıdurmaya hazır olmadığını nümayiş etdirdi.

1xeber.media xəbər verir ki, bu barədə “Politico” nəşri bir neçə hərbi ekspert və diplomata, eləcə də NATO-nun hazırkı və sabiq vəzifəli şəxslərinə istinadla məlumat yayıb.

Nəşrin həmsöhbətləri qeyd ediblər ki, alyansın ən zəif cəhəti tez və kütləvi şəkildə sursat istehsal edə bilməməsidir. Bu məsələ NATO-nun iyul ayında keçiriləcək sammitində müzakirə ediləcək. ABŞ İranla münaqişədə özünün “Patriot” zenit raketlərinin təxminən yarısını işlədib.

Bundan əlavə, Vaşinqton diqqətini Hind-Sakit okean regionuna yönəltməyə davam edərsə, amerikalılar hava hücumundan müdafiə resurslarının xeyli hissəsini Avropadan çıxaracaqlar.

Mütəxəssislərin fikrincə, alyansın digər zəif tərəfi hava üstünlüyünün olmaması və hava zərbələrinin real strateji məhdudluğudur.