Nüvə fəlakəti riski hazırda Soyuq müharibədən bəri ən yüksək həddə çatıb.
1xeber.media xəbər verir ki, bunu MAQATE-nin baş direktoru Rafael Qrossi deyib.
“Bu, xüsusi bir andır. Nüvə fəlakəti riski Soyuq müharibənin ən qızğın dövründən bəri görünməmiş səviyyəyə yüksəlib. Müharibə Avropaya və Yaxın Şərqə qayıdıb, sülh və təhlükəsizliyin əsasını təşkil edən çoxtərəfli mexanizmlər böyük gərginlik altındadır. Bugünkü nüvə mühitində çox sayda iştirakçı, daha böyük risklər və təhlükəli bir durğunluqla qarşılaşırıq”, - o bildirib.