Bəhreyn İranı dəstəklədiyinə və ölkədə zərərli fəaliyyətlə məşğul olduğuna görə 69 nəfərin vətəndaşlığını ləğv edib.
1xeber.media xəbər verir ki, bu barədə “Anadolu” xəbər agentliyi məlumat yayıb.
Bəhreyn rəsmilərinin sözlərinə görə, bu şəxslər xarici qurumlarla əməkdaşlıq edib və ölkənin təhlükəsizliyini təhdid edən fəaliyyətlərdə iştirak ediblər.