Вернуться назад Распечатать

Şəhla müəllim işdən çıxıb? - Vəkilindən açıqlama

“İdrak” Liseyində silahlı insidentdə xəsarət alan müəllim Şəhla Kamilova işdən ayrılıb.

1xeber.media  xəbər verir ki, bu barədə məlumatı Modern.az yayıb.

Bununla yanaşı, insidenti törədən 10-cu sinif şagirdi Ə.Ş.-nin ailəsi ilə “İdrak” Liseyinin rəhbəri Mönsüm Alışovun oğlu İdris Alışov və liseyin direktoru Natəvan Alışova arasında ailəvi dostluq münasibətlərinin olduğu bildirilir.

İddialara görə, istintaq yekunlaşdıqdan sonra şagirdin təhsilini davam etdirməsi üçün ailəsi tərəfindən Londona göndərilməsi planlaşdırılır.

Məsələ ilə bağlı Şəhla Kamilovanın vəkili Vüqar Əliyevlə əlaqə saxladıq. O, “Qafqazinfo”ya açıqlamasında bildirdi ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: “Müəllim işdən ayrılmayıb. Sadəcə olaraq qısa müddətlik bülletenə çıxıb. Ailə bu kimi yanlış, təsdiqlənməmiş məlumatların, eyni zamanda, gələcəkdə fotolarının yayılmasından narahatdır”.

Qeyd edək ki, bir neçə gün öncə “Qafqazinfo”da müəllimlə hadisəni törədən şagird arasında barışıq əldə olunduğuna dair məlumat dərc olunmuşdu. Məqalədə qeyd edilmişdi ki, barışığı təsdiq edən rəsmi sənəd artıq istintaq orqanına təqdim olunub.

Xatırladaq ki, hadisə bu ilin fevralında Bakıda yerləşən “İdrak” Liseyində baş verib. İttihama görə, 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov tüfəngi ilə