Вернуться назад Распечатать

Milli Məclisin növbəti iclasında 8 məsələ müzakirə olunacaq

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi məlum olub.

1xeber.media xəbər verir ki, mayın 1-də keçiriləcək iclasın gündəliyinə 8 məsələ daxildir.

Onlar aşağıdakılardır:

1. "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında qanunun layihəsi.

2. "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında qanunun layihəsi.

3. "Məhkəmə aktlarının, digər səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının məcburi icrası həyata keçirilərkən məlumat mübadiləsi üzrə əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə qanunun layihəsi.

4. Əmək Məcəlləsində və "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsi (üçüncü oxunuş).

5. "Yol hərəkəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsi (üçüncü oxunuş).

6. Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihəsi (birinci oxunuş).

7. "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanunun layihəsi (birinci oxunuş).

8. "Vətəndaşların müraciətləri haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsi (birinci oxunuş).