Yüz il ötüb keçdi sənli bahardan,
Dünyaya yol saldın qədim diyardan...
Tarixdə ad qoydun, dillərə dastan!
Xalqın böyük qızı Zərifə Xanım!
Sərkərdə böyütdün xalqını sevən,
Sərkərdə böyütdün ər oğlu ərən,
Sən dünya elminə töhfələr verən,
Xalqın görən gözü, Zərifə Xanım.
Könüllərdə rəhmət yeridir adın!
Ruhuna duaçı qohumun- yadın,
Gözlərə nur olan, şəfalı qadın!
Könüllərin sözü Zərifə Xanım!
Qadınlıq adının ləyaqət rəmzi,
İncidən toxunub kəlməsi, sözü,
Şərəfli ömrüylə qoyduğu izi
Yaşadacaq özü Zərifə Xanım...