Lənkəranda “Şəhərsalma və memarlıq ili” çərçivəsində geniş bərpa-yenidənqurma işləri davam etdirilir. Dövlət başçısı cənab İlham Əliyevin tapşırğı əsasında aparılan yenidənqurma işlərinə “Əfqanıstan Veteranları Parkı”ndan start verilib və işlər artıq Heydər Əliyev prospekti, Paşa Təhməzov və Şirəli Axundov küçələri, Həzi Aslanov parkı, Xocalı parkı və Əsgər Əliyev adına “Dostluq Parkı”nı da əhatə edir.
1xeber.media xəbər verir ki,aparılan işlər çərçivəsində küçə və səkilər yenilənəcək, yollar təmir olunacaq, park və istirahət məkanları yenidən dizayn ediləcək, çoxmənzilli yaşayış binalarının fasad və dam örtükləri yenilənəcək.




