Вернуться назад Распечатать

İranda hakimiyyət SEPAH-ın əlinə keçib - İddia

İranda hakimiyyətin faktiki olaraq İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərlərinin əlinə keçdiyi iddia edilir.

1xeber.media  xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentlik yazır ki, ölkədə artıq vahid və mübahisəsiz dini lider mərkəzi mövcud deyil. Məlumata görə, müharibənin ilk günündə Ayətullah Əli Xameneinin öldürülməsi və onun yaralı oğlu Müctəba Xameneinin ön plana çıxması SEPAH komandirlərinin üstünlük təşkil etdiyi yeni bir nizamın yaranmasına səbəb olub.

Nəşrlə söhbətində analitiklər qeyd ediblər ki, M. Xamenei rəsmi olaraq sistemin başında dursa da, onun rolu daha çox generallar tərəfindən qəbul edilən qərarları qanuniləşdirməkdən ibarətdir:

“Hazırda ölkənin hərbi strategiyası və mühüm siyasi qərarları tamamilə SEPAH-ın nəzarətində olan dar və mühafizəkar dairə tərəfindən idarə olunur. Hətta ABŞ ilə aparılan diplomatik danışıqlarda xarici işlər naziri Seyid Abbas Əraqçi və parlament sədri Məhəmməd Baqer Qalibaf iştirak etsə də, əsas söz sahibinin SEPAH komandiri Əhməd Vahidi olduğu bildirilir. Məhz Vahidinin atəşkəs elan olunan gecə danışıqlarda həlledici rol oynadığı vurğulanır”.

Qeyd edək ki, bir müddət əvvəl İran ordusu müharibənin başa çatması ilə bağlı rəsmi bəyanat yaymışdı.